Dünya ulduzları Şəmkirdə futbol oynadı - FOTOLAR

Dünya ulduzları Şəmkirdə futbol oynadı -   FOTOLAR
19:37 23 Aprel 2015
56 İdman
Ölkə mətbuatı
A- A+

"Synergy Group" tərəfindən təşkil edilən "Shamkir Chess 2015" turnirinin iştirakçıları istirahət günündə futbol turnirində gücünü sınayıb. Fanat.az xəbər verir ki, ilk yarımfinal görüşündə Azərbaycan jurnalistləri yerli şahmatçılardan ibarət komandanı 5:1 hesabıyla məğlub edib. Finala vəsiqə uğrunda digər görüşdə dünya şahmatçılarından ibarət kollektiv "Shamkir Kapital Group"a 1:7 hesabıyla uduzub.

3-cü yer uğrunda görüşdə dünya şahmatçıları 3:1 hesablı qələbə qazanıb. Bu görüşdə uduzan Azərbaycan şahmatçıları 4-cü yeri tutub. Finalda "Shamkir Kapital Group" Azərbaycan jurnalistlərinə 4:2 hesabla qalib gələrək turnirin əsas mükafatına sahib çıxıb.

Fanat.az





Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-dunya-ulduzlar-mkird-futbol-oynad-t40215.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR