Regionlarda “Azərbaycan Olimpiadada - Olimpiada Azərbaycanda” adlı maarifləndirici tədbirə start verilib

Regionlarda “Azərbaycan Olimpiadada - Olimpiada Azərbaycanda” adlı maarifləndirici tədbirə start verilib
19:38 23 Aprel 2015
259 Ölkə
Ölkə mətbuatı
A- A+


Qəbələ, 23 aprel, AZƏRTAC
“Region Gənclərinin İnkişafına Töhfə” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Qəbələ rayonunda "Azərbaycan Olimpiadada - Olimpiada Azərbaycanda" adlı regional layihənin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, layihə maarifləndirici xarakter daşıyır. Qəbələ rayon Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzində keçirilən tədbirdə məlumat verilib ki, regional layihə Zərdab, Göyçay, İsmayıllı, Qəbələ və Şəki şəhərlərində ardıcıl olaraq icra ediləcək.
Yüzədək fəal gəncin iştirak etdiyi tədbirdə “Region Gənclərinin İnkişafına Töhfə” İctimai Birliyinin icraçı direktoru Nicat Rəhimov, təlimçi Rasif Qaçayev, Qəbələ rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxış edərək layihə haqqında ətraflı məlumat veriblər. Qeyd edilib ki, tədbirin əsas məqsədi Azərbaycanda ilk dəfə keçiriləcək Avropa Oyunlarının əhəmiyyətini regionlarda gənclərə təbliğ etmək, Azərbaycanın Olimpiya tarixi və Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçildiyi gündən indiyədək ölkə idmanının keçdiyi uğurlu inkişaf yolu barədə məlumatları gənclərə çatdırmaqdan ibarətdir.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Regionlarda_Azerbaycan_Olimpiadada___Olimpiada_Azerbaycanda_adli_maariflendirici_tedbire_start_verilib-849191

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR