“Unibank”ın ALBALI PLUS kartı “ilin karti” seçildi

“Unibank”ın ALBALI PLUS kartı “ilin karti” seçildi
19:43 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+


“Unibank”ın ALBALI PLUS kartı 2014-cü ilin nəticələrinə görə çoxsaylı istifadəçiləri tərəfindən “ilin kartı” seçilib. 
Bankdan AZƏRTAC-a bildiriblər ki, Banco.az saytının 2014-cü ilin nəticələrinə görə keçirdiyi sorğuda ALBALI PLUS kartı respondentlər tərəfindən daha çox səs toplayaraq, taksit kartları içərisində ən yaxşısı seçilib.
Bank müştərilərinin ehtiyac və arzularını bir məhsulda - ALBALI PLUS kartında birləşdirib. Artıq “Unibank” müştərisi cəmi 1 karta sahib olmaqla, kredit, taksit, depozit və debet bank xidmətlərindən istifadə edə bilər. ALBALI PLUS beynəlxalq kart olduğu üçün ölkədə və dünyanın istənilən yerində istifadə etmək mümkündür.
Albalı Plus kartını iş yerindən arayış və şəxsiyyət vəsiqəsini bank filialına təqdim etməklə, 18-70 yaş arası bütün Azərbaycan vətəndaşları ala bilər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Unibankin_ALBALI_PLUS_karti_ilin_karti_sechildi-849192

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR