Azərbaycan Baş nazirinin birinci müavini Cakartada III Asiya-Afrika sammitində iştirak edib

Azərbaycan Baş nazirinin birinci müavini Cakartada III Asiya-Afrika sammitində iştirak edib
19:48 23 Aprel 2015
48 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 22-23-də İndoneziyanın paytaxtı Cakartada üçüncü Asiya-Afrika sammitində iştirak edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Asiya və Afrikanın yüzə yaxın ölkəsindən nümayəndələrin iştirak etdikləri sammitdə hər iki qitədə sülh, təhlükəsizlik və rifahın bərqərar olunmasına, eləcə də iki qitə arasında təsisatlanmış tərəfdaşlığın inkişaf etdirilməsinə dair məsələlər müzakirə edilib.
Baş nazirin birinci müavini Yaqub Eyyubov sammitdə çıxış edərək Azərbaycanın Asiya və Afrika dövlətləri ilə əlaqələrə böyük önəm verdiyini bildirib. Ölkəmizin bu iki qitə arasında tərəfdaşlığın gücləndirilməsinə dəstəyini ifadə edən Yaqub Eyyudov Azərbaycanın Asiya və Afrikada sülh və inkişafa verdiyi töhfələr barədə danışıb. Baş nazirin birinci müavini Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında da geniş məlumat verib.
Sammit çərçivəsində Yaqub Eyyubov Fələstinin Baş naziri Rami Hamdallah ilə görüşüb. Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Sonda iştirakçı dövlətlər sammitin yekun sənədlərini qəbul ediblər. Bu sənədlərdə dünyada sülh və rifah naminə Asiya və Afrika qitələri arasında tərəfdaşlığın gücləndirilməsi məqsədinə sadiqlik ifadə olunub. Dövlət və hökumət başçıları, həmçinin dövlətlərin ərazi bütövlüyü, suverenliyi və müstəqilliklərinə hörmət əsasında beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasına dəstəklərini bildiriblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Bas_nazirinin_birinci_muavini_Cakartada_III_Asiya_Afrika_sammitinde_istirak_edib-849194

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR