Avropadan Qarabağ qərarı

Avropadan Qarabağ qərarı
19:51 23 Aprel 2015
29 Dünya
Ölkə mətbuatı
A- A+

Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya, Dnestryanı region, Krım və Ukraynanın şərqindəki münaqişələr, habelə Şimali Kiprdəki problemlə məşğul olacaq yeni Alt Komitə yaradılıb.

ANS PRESS-in məlumatına görə, Avropa Şurasına üzv ölkələrdə münaqişələrin həlli ilə bağlı Alt komitənin təsis edilməsi barədə qərar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən iclasında qəbul olunub.

Bildirilir ki, Alt komitə hazırda mövcud olan Monitorinq Komitəsinin nəzdində fəaliyyət göstərəcək. Komitənin işi Avropa Şurasına üzv ölkələr arasındakı münaqişlər, hazırda mövcud olan silahlı münaqişlərin həlli ilə məşğul olacaq.

Ekspertlərin fikrincə, bu, münaqişlərin birbaşa həlli mexanizmi olmasa da, mövcud mexanizmləri dəstəkləmək üçün parlament diplomatiyasından istifadə olunmasına güclü təkan verəcək. Bu, həm də Avropanın mövcud problemlərinin həllinə yönəldilmiş ciddi yanaşmadır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=339939

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR