ABŞ-ın keçmiş senatoru BDU-nun tələbələrinə mühazirə oxuyub

19:53 23 Aprel 2015
29 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC 
ABŞ-ın Kanzas ştatının keçmiş senatoru Kris Ştayneger Bakı Dövlət Universitetində (BDU) olub.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, K.Ştayneger universitetin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələrinə siyasi fəaliyyəti və senator olduğu müddətdə qazandığı təcrübə ilə bağlı mühazirə oxuyub. Daha sonra ABŞ-ın son zamanlar həyata keçirdiyi xarici siyasət, Yaxın Şərqdə vəziyyət, ABŞ-Azərbaycan münasibətləri barədə fikir mübadiləsi aparılıb.
ABŞ Dövlət Departamentinin təşkil etdiyi "Natiqlər proqramı" layihəsi çərçivəsində bu ölkənin görkəmli mütəxəssis və alimləri davamlı olaraq Azərbaycanın ali məktəblərində mühazirə üçün dəvət edilirlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_in_kechmis_senatoru_BDU_nun_telebelerine_muhazire_oxuyub-849199

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR