"Kösem Sultan"ın kim olacağı dəqiqləşdi - fotolar

"Kösem Sultan"ın kim olacağı dəqiqləşdi - fotolar
19:56 23 Aprel 2015
167 Şou
Ölkə mətbuatı
A- A+

Dünyada 300 milyon insanın izlədiyi "Möhtəşəm yüzil" serialının davamı olaraq çəkiləcək "Kösem Sultan"ın baş rol ifaçısı məlum olub.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, serialın aylardır Türkiyədə və Avropada apardığı kastinqlər sona çatıb. Ekran işinin ilk mövsümündə Kösem Sultanın 16-20 yaşdakı obrazını  Bensu Soralın oynayacağı dəqiqləşib.

23 yaşlı Bensu aktrisa Hande Soralın bacısıdır. O, "Vicdan" və "Boynu bükükler" serialından tanınır.
 
Star TV-də ekrana gələcək "Kösem Sultan" serialının əsas roluna Beren Saat, Tuba Büyüküstün və Sibel Kekilli namizəd olsa da "TİMS Production" B.Soralın üzərində dayanıb. Serilda digər rol olan Safiye Sultan obrazı üçün uyğun aktrisa axtarışı isə hələ davam edir.









Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=29517

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR