Vəfat edən Nigar haqqında ürəkləri üzən gerçəklik- FOTO

Qan xərçəngindən əziyyət çəkən tanınmış jurnalist, yazıçı Nigar İsmayılqızı öz doğum günündə dünyaya gözlərini əbədi yumdu.

Qeyd edək ki, o, 1984-cü il sentyabrın 13-də dünyaya göz açmışdı.

O, “Space” TV və AZTV-nin Xəbərlər Departamentində çalışıb.

ATV-nin Xəbərlər Departamentində redaktor olub. Türkiyənin “GEM.AZ1” Televiziyasında iqtisadiyyat xəbəri aparıcısı kimi çalışıb.

Onlarla publisistik məqaləsi müxtəlif mətbu orqanlarda dərc edilib. Azərbaycan Yazıçılar Birliyinin üzvü və Prezident təqaüdçüsüdür.

2015-ci ilin dekabr ayında AYB kitab layihəsi çərçivəsində “Pamukun qonşusu” adlı esselərdən ibarət ilk kitabı çapdan çıxıb.

Həmçinin “Bakıdan Nazim keçdi” adlı sənədli filmə ssenari yazıb, film çəkib.

Ardınca “Nazimin Bakı izləri”, "Ölsəm yaşat” adlı sənədli filmləri təqdim olunub.

2016-ci ilin dekabrında 36-ı xüsusi müsahibədən ibarət “Bakıdan İstanbulacan və dönüş” adlı kitabı işıq üzü görüb. 2017-ci ldə Qarabağ müharibəsinə həsr olunan “Savaşçı”(aprelin izi ilə…) adlı kitabı çap olunub. Müxtəlif dövlət və özəl qurumlarla, o cümlədən Heydər Əliyev Fondu ilə əməkdaşlıq edib.

Vəfat edən azərbaycanlı jurnalistin SON PAYLAŞIMI - SKRİNŞOT


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR