Play Store

Bakcell “Portmanat” ödəniş sisteminə qoşulub

Bakcell “Portmanat” ödəniş sisteminə qoşulub
18:58 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Bakcell şirkətinin abunəçiləri “Portmanat” ödəniş sistemi vasitəsilə balanslarını artıra bilərlər.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Portmanat” gündəlik istifadə oluna bilən elektron pul kisəsidir. Bu ödəniş sisteminə qoşulan istənilən şəxs elektron pulqabı hesabı yaratmaqla mobil telefon və ya kompüter vasitəsilə istənilən vaxt asanlıqla müxtəlif ödənişlər həyata keçirə və yenidən “Portmanat”a pul qoya bilər.
Qeyd edək ki, bu xidmətdən yararlanmaq üçün qeydiyyatdan keçmək şərt deyil. Qeydiyyatsız və hesab açmadan ödəniş həyata keçirmək istəyən istifadəçilər “Portmanat Code” xidmətindən elektron vauçer almaqla istifadə edə bilərlər. Bununla yanaşı “Portmanat” xidmətindən istifadəni daha asan olması məqsədilə mobil cihazlar üçün pulsuz proqram hazırlanıb. Bu proqram vasitəsilə bütün ödənişlərin həyata keçirilməsi mümkündür. Proqramı bu linkdən istifadə edərək pulsuz yükləmək olar https://play.google.com/store/apps/details?id=az.Portmanat.Mobile
Portmanat barədə daha ətraflı məlumatı https://www.portmanat.az/ səhifəsindən əldə etmək olar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakcell_Portmanat_odenis_sistemine_qosulub-849206

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR