Salyanda nə baş verir?

Salyanda nə baş verir?
20:11 23 Aprel 2015
47 Sosial
Ölkə mətbuatı
A- A+

Salyan rayonunda yaşayan 1976-cı il təvəllüdlü Mehman Şahbazov ev tikdirmək üçün icazə ala bilmir.

Bu barədə onun qohumu Narınc Vəliyeva ANS PRESS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, 2 uşaq atası olan Mehman Şahbazov ev tikdirmək üçün torpaq alıb. Bütün sənədlərini düzəltsə də, ev tikdirmək üçün rayon İcra Hakimiyyətindən icazə ala bilmir.

“Ona imkan vermirlər ki, ev tiksin. İcra hakimiyyətindən onun sənədlərinə qol çəkmirlər. Ondan icazə üçün pul istəyiblər”, - deyə Narınc Vəliyeva bildirib.

Məsələ ilə əlaqədar Salyan rayon icra başçısının müavini Rəşad Cabbarov ANS PRESSS-ə açıqlamasında bildirib ki, hazırda rayon ərazisində bir çox ərazilər magistral yola düşdüyü üçün həmin ərazidə ev tikintisi qadağan edilib.

“Orada mövcud olan evlər söküləcək. Ola bilsinki, onlara bu səbəbdən də sənəd verilmir. Lakin onlardan ev tikmək üçün icazəyə görə pul istənməsi ciddi ittihamdır. Bu səbəbdən məsələ ciddi şəkildə araşdırılacaq və bu barədə tədbir görüləcək”, - deyə Rəşad Cabbarov bildirib.

Məsələ ilə bağlı Salyan rayon İcra Hakimiyyətinin baş memarı Teyyub Hüseynov da ANS PRESSS-ə bildirdi ki, bu məsələ ilə bağlı ciddi araşdırma aparacaq. Araşdırmanın nəticəsi barədə sonradan məlumat veriləcək.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=339940

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR