Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 23 Aprel

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 23 Aprel
20:14 23 Aprel 2015
48 Sosial
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ
 
Ermənilərin 100 illiklə bağlı gözləntilərini iflasa uğramış saymaq olar. Roma Papasının bəyanatı, Avropa Parlamentinin və Avstriya parlamentinin qondarma “soyqırımı” tanımaq qərarından başqa ciddi nəticə əldə olunmadı. İrəvanda keçiriləcək 100 illik tədbirlərini də ciddi uğur saymaq olmaz. Tədbirə qatılacaq dövlət başçıları balansı qorumağa üstünlük verir, Rusiya prezidenti İrəvana səfərlə bağlı Türkiyə prezidentini məlumatlandırır, Fransa prezidenti İrəvandan sonra Bakıya səfər etməklə 100 illik mərasiminə özəl olaraq deyil, Qafqaz turnesi çərçivəsində qatıldığını göstərməyə çalışır. Səbəb təkcə Türkiyə və Azərbaycanın xüsusi çəkisinin Ermənistandan qat-qat artıq olması deyil. Ermənilərin 100 illik gözləntilərinin iflasa uğramasının əsas səbəblərindən biri Ermənistanın xarici siyasət kursudur. Rusiyaya etiraz olaraq Qələbə Paradına qatılmayan Avropa dövlətlərinin Rusiyanın forpostu olan Ermənistana hansısa formada dəstək verəcəyini gözləmək sadəlövhlük olardı. 24 apreldən sonra 25 aprel başlayacaq və hətta emosiyalarla qərar verən dövlətlər belə yenidən öz siyasətlərinə korrektə etməli olacaqlar. Günün gerçəkliyi budur, gerçəklər isə həmişə xəyalların üzərinə su səpir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200364

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR