Play Store

Bank işçiləri barədə cinayət işi başlandı

Bank işçiləri barədə cinayət işi başlandı
19:16 23 Aprel 2015
336 Sosial
Ölkə mətbuatı
A- A+

“Kapitalbank” ASC-nin “İmişli”, “Şabran və “Biləsuvar” filiallarının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə qeyd olunan bankdan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğunun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, aparımış araşdırmalar zamanı bankın “İmişli“ filialının kredit şöbəsinin sabiq əməkdaşları Zaur Əzizov, Maqsud Yaqubov və baş xəzinədar Seymur Qasımovun xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq saxta kredit müqavilələrinin rəsmiləşdirilib. Onlar kredit məbləğlərinin müştərilərə tam həcmdə verilməməsi, kreditlərin ödənişə qəsdən yönəldilməməsi, bankın “Şabran” filialının sabiq mütəxəssisi Ceyran Orucovanın vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə müştərilərin şəxsiyyətini təsdiq edən sənədləri müvafiq qaydada yoxlamadan 295 rayon sakininə 305 ədəd ödəniş kartı hazırladıblar.

Bankın “Biləsuvar” filialının sabiq baş xəzinədarı Nəriman Cəfərov və əməliyyatçısı Pərviz Əzizovun qabaqcadan əlbir olaraq vəfat etmiş rayon sakininin adına olan plastik kartdan pul vəsaitlərini məxaric ediblər. Onlar bu yolla vətəndaşların və bankın hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurublar. Bu barədə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=339948

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR