Tanınmış repçi Qurddan yeni xəbər var. İfaçı yollarını ayırdığı prodüseri Cavid Rəbbani ilə yenidən işbirliyinə başlayıb.
Prodüser ANS PRESS-ə açıqlamasında, məsələ ilə bağlı bunları deyib:
“İşdən əlavə, Qurdla həm də ailəvi dostuq. 2014-cü ilin oktyabrında işbirliyimizi dayandırdıq. Amma dost münasibətimiz davam edirdi, yəni aramız dəyməmişdi. Qurd 6 ay müddətinə müqavilə bağlayaraq, şərtlər əsasında işlərini şirkət tərəfindən aparılmasına razılaşmışdı. Layihəni həyata keçirənlər indi bu işi mənə tapşırıblar və müqavillənin vaxtını 1 il də artırıblar".
Cavid Rəbbani repçi ilə işbirliklərinin həmişə uğurlu olduğunu deyir: "Hamı buna şahiddir. Paxıllığımızı çəkənlərə isə cavab vermək istəmirəm. Çünki mənasızdı".
Mənbə
ANS PRESS