AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Metbuat.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, aparılmış müzakirələrdən sonra AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin strukturunun dəyişdirilməsi qərara alınıb. Avstriyalı mütəxəssis, sabiq FIFA referisi, FIFA və UEFA hakim-inspektoru, UEFA Konvensiya meneceri, FIFA və UEFA RAP (Hakimlərə Dəstək Proqramı) təlimatçısı Frits Stuxlik yeni strukturun rəhbəri təyin olunub. Yeni struktur Hakimlər və Hakim-İnspektorlar Komitəsi adı altında fəaliyyət göstərəcək və birbaşa AFFA İcraiyyə Komitəsinə tabe olacaq. Komitə rübdə bir dəfə İcraiyyə Komitəsinin üzvlərinə hesabat xarakterli məruzə edəcək. Hakimlər və Hakim-İnspektorlar Komitəsinin tərkibinin müəyyənləşdirilməsi komitə rəhbərliyinə həvalə olunub.

Digər qərar isə klubların lisenziyalaşdırılma prosesi ilə bağlı olub. Əvəzedici komandanın yarışlarda iştirakı meyarının "A" dərəcədən "B" dərəcəli meyara keçirilməsi təklifi qəbul olunub. Meyarın tələbini yerinə yetiriməyən klublara cərimə tətbiq olunacaq.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR