​Pakistanda yük maşını yaşayış evinə girib, 7 uşaq ölüb

​Pakistanda yük maşını yaşayış evinə girib, 7 uşaq ölüb
20:17 23 Aprel 2015
56 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 aprel. REPORT.AZ/ Pakistanda dəhşətli hadisə baş verib. Böyük sürətlə hərəkət edən yük maşını yaşayış evinə girib. Hadisə nəticəsində 7 uşaq həlak olub. Onlardan ən kiçiyinin 2 yaşı olub. "Report"un "Frans Press" agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Pəncab əyalətinin Cəng şəhərində baş verib.
Hadisə nəticəsində birotaqlı palçıqdan tikilən evin tavanı tamamilə dağılıb və otaqda olan 9 uşaq və onların valideyninin üzərinə düşüb. Məlumata görə, yalnız iki uşaq və iki böyük sağ qalıb. Onlar müxtəlif dərəcəli xəsarətlər alıblar. Ölən uşaqların beşi qız, ikisi isə oğlandır.
Hadisəyə yüksək sürət və idarəetməni itirmə səbəb olub. Yük maşının sürücüsü və onun köməkçisi həbs edilib. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/pakistanda-yuk-masini-yasayis-evine-girib-7-usaq-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR