Fəxrəddin Manafovun əcnəbi bənzəri

“Bizim Hikaye” serialında əsas qəhrəmanı canlandıran Burak Dəniz Xalq artisti Fəxrəddin Manafova bənzərliyi ilə diqqət çəkib.

Metbuat.az publika.az-a istinadən Xalq artisti ilə türkiyəli aktyorun fotokollajını hazırlayıb.

Məlumat üçün bildirək ki, Burak Deniz 1989-ci ilin oktyabr ayında İstanbulda dünyaya gəlib. Sənətşünaslıq fakütləsini bitirən ulduzun aktyor kimi ilk işi "Kolej Günlüğü" serialı olub.

Daha sonra o, 2012-ci ildə Nurgül Yeşilçayın əsas qəhrəmanı canlandırdığı "Sultan" teleserialında rol alıb.

Aktyora məşhurluq gətirən 2015-cı ildə rol aldığı "Medcezir" və "Küçük Yalancılar" serialları olub. "Aşk Laftan Anlamaz" serialında əsas qəhramanı canlandıran aktyor hazırda "Bizim Hikaye" serialına çəkilir.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR