Azərbaycan Turizm və Menecment Universitetində “ESDL info” günü çərçivəsində təqdimat

Azərbaycan Turizm və Menecment Universitetində “ESDL info” günü çərçivəsində təqdimat
20:23 23 Aprel 2015
65 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “ ECDL info” günü çərçivəsində təqdimat keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, ATMU-nun əməkdaşı, layihə əlaqələndiricisi Flora Ələsgərova tədbirin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Avropa İttifaqının TEMPUS proqramının 5-ci çağırış Azərbaycanda ECDL (European Computer Driving License) Milli operator və test mərkəzlərinin yaradılması” (E-NOTES) layihəsi üzrə tərəfdaş ali təhsil müəssisələrindən biri də Azərbaycan Turizm və Menecment Universitetidir. Bu layihə çərçivəsində cari ilin fevral ayından universitetdə fəaliyyətə başlayan yeni test mərkəzi müasir texniki avadanlıqla təchiz edilib. Layihənin icrası mexanizmində tərəfdaş ali təhsil müəssisələrində ECDL Milli operator və test mərkəzlərinin qurulması, təlimlərin keçirilməsi və sertifikatların verilməsi şərtləri nəzərdə tutulub. Sevindirici haldır ki, ATMU-da təlimlərin keçirilməsi istiqamətində uğurlu addımlar atılıb.
Sonra ECDL Azərbaycan layihəsinin baş əlaqələndiricisi Üzeyir Bağırov ECDL kompyuter bilikləri və beynəlxalq sertifikat proqramına dair təqdimatla çıxış edib. O, ECDL-in İrlandiya ECDL Foundation tərəfindən idarə edildiyini deyib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Turizm_ve_Menecment_Universitetinde_ESDL_info_gunu_cherchivesinde_teqdimat-849221

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR