Hadisə yerindən qaçan sürücü tutulub

20:23 23 Aprel 2015
58 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Abşeron rayonunun Masazır qəsəbəsində iki piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 22-də saat 23 radələrində Bakı şəhər sakini Zamin Məmişov idarə etdiyi “QAZ-31105” markalı “90 AX 168” dövlət qeydiyyat nişanlı avtomaşınla Masazır qəsəbəsində piyadalar - Təzəgül Abbasova və Təyyar Hüseynovu vuraraq hadisə yerindən qaçıb. Hər iki piyada bədən xəsarətləri ilə Bakı şəhəri 1 nömrəli Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Rayon Polis İdarəsi və prokuroluğun əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Z.Məmişov şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Hadise_yerinden_qachan_surucu_tutulub-849224

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR