Azərbaycanda mağazadan yumurta alan şəxs şoka düşdü (VİDEO)

Azərbaycanda mağazadan yumurta alan şəxs şoka düşdü (VİDEO)
20:31 23 Aprel 2015
217 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə qeyri-adi yumurta görənləri heyrətləndirib.

ANS TV-nin məlumatına görə, ev sahibi səhər yeməyi yeyərkən sürprizlə qarşılaşıb. Gördüyü hadisədən bir anlıq şoka düşüb. Ev sahibi deyir ki, Şəkidəki marketlərdən birindən aldığı yumurtanın içindən bir dənə də yumurta çıxıb. Bunu görən ev sahibi olanları möcüzə adlandırıb və yaxın qohumlarına dərhal bu barədə məlumat verib.

Mütəxəssislər bu tip halların tez-tez baş verdiyini deyirlər. Bildirirlər ki, bu cür hadisələrin baş verməsi daha çox heyvanın yediyi yemin tərkibindən irəli gəir. Bu hadisə elmi dildə “yumurta içində yumurtacıq” şəklində adlandırılır.

Mənbə
ANS TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=339952

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR