İŞİD-dən ABŞ-a təhdid: "Gəlirik!"

İŞİD-dən ABŞ-a təhdid: "Gəlirik!"
09:27 13 Yanvar 2015
195 Dünya
Ölkə mətbuatı
A- A+

Hakerlər sındırdıqları səhifələrdə “Amerika əsgərləri, biz gəlirik” yazıblar
ABŞ Silahlı Qüvvələri Mərkəzi Qərargahının sosial şəbəkə hesabları hücuma məruz qalıb.

Anspress-in məlumatına görə, ABŞ Silahlı Qüvvələri Mərkəzi komandanlığının “Twitter” sosial şəbəkəsindəki bloqu və “Youtube” video platformasındakı kanalı İŞİD terror qruplaşması hakerləri tərəfindən dağıdılıb.

Hesabları sıradan çıxaran hakerlər İŞİD-i dəstəkləyən bir qrup olduqlarını bildiriblər.

“Amerika əsgərləri, biz gəlirik”, - deyə hakerlər təhdid dolu ismarışlar buraxıblar.

Bundan başqa, hakerlər hərbçilər haqqında şəxsi məlumatları, komandanlığın xəritəsini bloqda paylaşıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318735.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR