Play Store

Azərbaycandakı dövlət-din münasibətləri, tolerantlıq dünya ölkələri üçün nümunədir

19:33 23 Aprel 2015
82 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC 
Aprelin 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Amerika Yəhudi İcmasının nümayəndəsi, hüquq müdafiəçisi Keri Lerman ilə görüşüb.
Komitədən AZƏRTAC-a verilən məlumata görə, yəhudilərin Azərbaycanda məskunlaşmasının 2600 illik tarixi olduğunu deyən Mübariz Qurbanlı bildirib ki, ölkəmizdə hər zaman onlara doğma münasibət bəslənilib və indiyə qədər də bu münasibət davam edir. Komitə sədri qeyd edib ki, Azərbaycanda dini etiqad azadlığı tam təmin olunub, bütün dini konfessiyalara bərabər şərait yaradılıb. Digər konfessiya nümayəndələri kimi, yəhudilər də öz ibadətlərini, dini ayinlərini sərbəst şəkildə yerinə yetirirlər. Azərbaycanda rəsmi dövlət qeydiyyatına alınmış altı yəhudi dini icması var və bu icmalara hər zaman diqqət və qayğı göstərilir.
Azərbaycana səfərindən məmnunluqla danışan Keri Lerman burada gördüyü iqtisadi inkişafı, eləcə də ölkəmizin tolerantlıq ənənələrini yüksək qiymətləndirib. Qeyd edib ki, Azərbaycanda olduğu müddətdə o, yəhudi icması, sinaqoqlarla yaxından tanış olmaq imkanı qazanıb. O, Azərbaycandakı dövlət-din münasibətlərininin, tolerantlıq ənənələrininin, yəhudi icmasına göstərilən yüksək qayğı və diqqətin dünya ölkələri üçün nümunə ola biləcəyini bildirib.
Görüşdə Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev də iştirak edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycandaki_dovlet_din_munasibetleri_tolerantliq_dunya_olkeleri_uchun_numunedir-849226

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR