Vladimir Kramnik mətbuat konfransında iştirak etmədiyinə görə üzr istəyib

20:38 23 Aprel 2015
21 İdman
Ölkə mətbuatı
A- A+


Şəmkir, 23 aprel, Samirə Allahverdiyeva, AZƏRTAC
Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” turnirində iştirak edən sabiq dünya çempionu Vladimir Kramnik hakimlərdən üzr istəyib.
AZƏRTAC xəbər verir ki, rusiyalı şahmatçı turnirin beşinci turunda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarova məğlubiyyətdən sonra mətbuat konfransına gəlmədiyinə görə təəssüfləndiyini bildirib. O, həmin gün 7 saata yaxın mübarizə apardığına görə yorulduğunu söyləyib.
V.Kramnik turnirin son turlarında təşkil olunacaq mətbuat konfranslarında iştirak edəcəyini deyib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Vladimir_Kramnik_metbuat_konfransinda_istirak_etmediyine_gore_uzr_isteyib-849227

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR