"Real"ın yeni transferindən "Santos" nə qədər qazandı?

"Real"ın yeni transferindən "Santos" nə qədər qazandı?
20:41 23 Aprel 2015
32 İdman
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, "Porto"nun müdafiəçisi Danilo növbəti mövsümdən "Real"ın heyətində çıxış edəcək.

ANS PRESS-in məlumatına görə, "kral" klubuna 31,5 milyon avroya başa gələn transferdən Danilonun sabiq komandası "Santos" da gəlir əldə edəcək.

Belə ki, Braziliya klubu 23 yaşlı müdafiəçinin 2012-ci ildə "Porto"ya satdığı müqavilədə belə bir məqam var ki, futbolçu hər hansı bir komandaya transfer olunarsa 1,9 milyon avro gəlir əldə edəcək.

Qeyd edək ki, 1,9 milyon avro "Santos"un hesabına iki etapda, yəni yarısı bu il qalanı isə növbəti ildə daxil edilməlidi.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=339964

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR