Türkiyə baş naziri: “Bəzi ölkələr 100 il əvvəlki hadisələr üzərində nifrət toxumları səpir”

20:52 23 Aprel 2015
42 Dünya
Ölkə mətbuatı
A- A+

[ 23 Aprel 2015 20:45 ]

“Bu gün bəziləri, xüsusilə, üçüncü ölkələrin təhriki ilə bizə qarşı kin-küdurət bəsləyir, nifrət ədəbiyyatı yayır

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib. İstanbulda keçirilən  Sülh Zirvəsində çıxış edən Əhməd Davudoğlu Çanaqqala savaşında nəinki Osmanlı imperiyasının, bölgənin digər xalqlarının da taleyinin həll edildiyini, Çanaqqalanı müdafiə edən qüvvələr arasında müxtəlif etnik qruplara mənsub insanların olduğunu xatırladıb: ”Çanaqqalada köksünü sipər edib əziz vətən torpaqlarını müdafiə edən qəhrəmanlarımız 5 ildən sonra - 23 aprel 1923-cü ildə Qazi Mustafa Kamal Atatürkün öndərliyində Türkiyə Böyük Məclisini quraraq  İstiqlal savaşını davam etdirmiş, ölkəmizi düşmənlərdən tamamilə təmizləyəndən sonra  29 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyətini elan ediblər. Biz Çanaqqala savaşında əxlaqlı mübarizə aparmışıq, yaralı düşmənlərimizin imdadına yetişmişik. Çanaqqalada avstraliyalı və yeni zelandiyalılarla savaşmağımıza baxmayaraq, daha sonra biz o savaşdan dostluq çıxarmışıq. Çanaqqala savaşına bizə qarşı savaşmağa gələn Conilərlə, Tonilərlə Əhmədlər- Məhmədlər daha sonra  necə dost oldularsa, bu gün də mərasimə gələn Conilərlə-Tonilərlə mən Məhməd oğlu Əhməd eyni şəkildə dostuq”.

 

I Dünya Müharibəsi dövründə Osmanlı imperiyasında yaşanmış acı hadisələrdə həyatını itirənlərə başsağlığı diləyən Əhməd Davudoğlu, Türkiyənin heç vaxt o savaşlar üzərində kin-nifrət toxumu səpmədiyini, kin-küdurət ədəbiyyatı yaratmadığını vurğulayıb: “Bu gün bəziləri, xüsusilə, üçüncü ölkələrin təhriki ilə bizə qarşı kin-küdurət bəsləyir, nifrət ədəbiyyatı yayır. Onlara demək istəyirik ki, sülh yaratmaq istəyirlərsə, kin-nifrət ədəbiyyatından vaz keçsinlər. Burada olan və ya olmayan dünya liderlərinə səslənirəm: bir daha savaşların yaşanmaması üçün kin-nifrət dilindən vaz keçib sülh yolunu tutaq. 100-cü ilində Çanaqqala ruhu bu baxımdan hamımıza örnək ola bilər və olmalıdır. Tarixdən lazımi dərsləri çıxaraq, ancaq tarix üzərindən başqalarına qarşı kin-nifrət toxumları səpməyək”.   


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/380956

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR