Tbilisidə səhiyyənin inkişafına həsr olunan beynəlxalq forum keçirilir

20:53 23 Aprel 2015
43 Ölkə
Ölkə mətbuatı
A- A+


Tbilisi, 23 aprel, AZƏRTAC
Tbilisidə səhiyyənin inkişafı və tibb sahəsində mövcud olan problemlərin həllinə həsr edilən beynəlxalq forum keçirilir.
Avropa Tibb Assosiasiyasının təşkil etdiyi tədbirdə Dünya Səhiyyə Təşkilatından, Avropa və Asiyanın 56 ölkəsindən nümayəndələr iştirak edir. Ölkəmizi bu forumda Azərbaycan Tibb Assosiasiyasının rəhbəri Nəriman Səfərli təmsil edir.
Forumda Avropa və Asiya ölkələrində tibb elmi sahəsində qazanılan uğurlar, səhiyyə sistemində mövcud olan problemlər və s. məsələlər müzakirə olunur.
Nəriman Səfərli AZƏRTAC-a bildirib ki, tədbirdə əsasən tibb elmi, səhiyyə sahəsində qazanılan uğurlardan danışılıb, eyni zamanda, mövcud problemlərə, xüsusən də dərman preparatları və pasiyentlərin hüquqlarının qorunması məsələləri müzakirə olunub. İki gün davam edəcək forumda tövsiyə xarakterli qərarlar qəbul olunacaq və üzv ölkələrə göndəriləcək.
“Bu cür tədbirlər dünya ölkələri arasında səhiyyə sahəsində əlaqələrin inkişafında, mövcud problemlərin tez bir zamanda həllində mühüm rol oynayır”, – deyə N.Səfərli vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tbiliside_sehiyyenin_inkisafina_hesr_olunan_beynelxalq_forum_kechirilir-849239

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR