Xəstə Tatlısesdən Ərdoğan mesajı (FOTO)

Xəstə Tatlısesdən Ərdoğan mesajı (FOTO)
20:56 23 Aprel 2015
132 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur müğənni İbrahim Tatlıses 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibəti ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın uşaqlarla çəkilmiş bir fotoşəkilini paylaşıb.

ANS PRESS-in məlumatına görə, ABŞ-a müalicə məqsədi ilə gedən İbrahim Tatlıses "Twitter"də Ərdoğanı bayram münasibəti ilə təbrik edib.

Təbrik mesajında deyilir: "Bütün xalqımızın və bütün dünya uşaqlarının 23 Aprel Milli Suverenlik və Uşaq Bayramını təbrik edirəm".

Ərdoğanın uşaqlarla çəkilmiş bir fotoşəkilinin altında Tatlıses bu arzusunu "bu şəkil həmişə belə qalsın Böyüklərimiz uşaqlarımızı sevsin, övladlarımız da böyüklərimizi sevsin, SAYSIN !!!"

Qeyd edək ki, ABŞ-da müalicə alan İbrahim Tatlıses martın 9-da kritik beyin əməliyyatı keçirəndən sonra bir müddət reanimasiyada qalmışdı.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=339996

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR