“Eurovision-2015” mahnı müsabiqəsindəki təmsilçimiz Yunanıstanda

“Eurovision-2015” mahnı müsabiqəsindəki təmsilçimiz Yunanıstanda
20:58 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycanın “Eurovision-2015” mahnı müsabiqəsindəki təmsilçisi Elnur Hüseynov Avropa promoturu çərçivəsində Yunanıstanda olub.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz burada çox məhsuldar bir gün keçirib. Əvvəlcə o, “MAD TV” və “MAD TV Albania” üçün müsahibələr verib, sonra “Antenna TV” telekanalının səhər şousunun efirində “Hour of the Wolf” müsabiqə mahnısını səsləndirərək sualları cavablandırıb.
Afina şəhəri ilə yaxından tanış olan Elnur daha sonra “Hello! Magazine”, “Virus” jurnallarına və “Oikotimes.com” portalına müsahibələr verib.
Həmyerlimizin növbəti dayanacaq Moskva şəhəri olacaq.
Qeyd edək ki, Elnur Hüseynov mayın 21-də “Eurovision-2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında 11 nömrəli çıxışçı kimi “Hour of the Wolf” mahnısını təqdim edərək. Onunla bağlı son xəbərləri aşağıdakı linklərdən izləmək mümkündür : facebook.com/elnurhuseynovofficialaz, twitter.com/lnrhsynv və https://instagram.com/elnur.huseynovofficial/




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Eurovision_2015_mahni_musabiqesindeki_temsilchimiz_Yunanistanda-849242

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR