FİFA və UEFA Yunanıstanı beynəlxalq turnirlərdən kənarlaşdırmaq ilə hədələyib

FİFA və UEFA Yunanıstanı beynəlxalq turnirlərdən kənarlaşdırmaq ilə hədələyib
20:03 23 Aprel 2015
30 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Yunanıstan milli yığmasının və klublarının stadionlarda münaqişələrin aradan qaldırılmasına hakimiyyət orqanlarının müdaxilə etməsi ilə bağlı beynəlxalq yarışlardan kənarlaşdırılacağı barədə bu ölkənin hökumətinə son xəbərdarlıq göndəriblər.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə UEFA-nın baş katibi Canni İnfantino məlumat verib.
UEFA və FİFA-nın qaydaları milli federasiyaların işlərinə üçüncü şəxslərin qarışmasını qadağan edir.
Bundan əvvəl Yunanıstan hökumətindən bildiriblər ki, stadionlarda iğtişaşlara qarşı mübarizə aparmaq üçün yunan klubları 10 min avrodan 25 milyon avroyədək cərimə ödəməli olacaqlar. Yunanıstanın idman naziri Stavros Kontonis FİFA-nın və UEFA-nı qanun layihələri haqqında məlumatlandırıb, lakin bu qurumlar Yunanıstan hökumətinin təşəbbüsünü dəstəkləməyiblər.
C. İnfantino ümid edir ki, komandaların diskvalifikasiya edilməsi təhlükəsi Yunanıstan hakimiyyəti orqanlarının qərarına təsir edəcək. UEFA-nın baş katibi deyib: “Biz bu məsələni birgə səylərlə həll edə bilərik”.
İndiki mövsümdə Yunanıstan çempionatı azarkeşlərin hərəkətlərinə görə artıq üç dəfə dayandırılıb.
Sentyabr ayında oyunlar bir həftə təxirə salınıb. Bu, üçüncü divizionun matçından sonra fanatların şiddətli toqquşması nəticəsində bir azarkeşin ölümü səbəbindən baş verib. Noyabr ayında Hakimlər Komitəsi direktorunun müavini Kristoforos Zoqrafosa edilən amansız hücum nəticəsində o, xəstəxanaya çatdırılandan sonra Yunanıstan birinciliyinin görüşləri növbəti dəfə dayandırılıb.
Mart ayında iki matçın gedişində baş vermiş kütləvi iğtişaşlardan, habelə Yunanıstan superliqası şurasının iclasında iki klubun prezidentləri arasında dava düşəndən sonra da Yunanıstan çempionatının oyunlarına fasilə verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/FIFA_ve_UEFA_Yunanistani_beynelxalq_turnirlerden_kenarlasdirmaq_ile_hedeleyib-849248

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR