Almaniya Bundestaqında birinci Avropa Oyunlarının təqdimatı keçirilib

Almaniya Bundestaqında birinci Avropa Oyunlarının təqdimatı keçirilib
21:08 23 Aprel 2015
55 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC 
Almaniya Bundestaqında Azərbaycanda keçiriləcək “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı olub.
Bundestaqın İdman Komitəsinin təşəbbüsü ilə keçirilən tədbirdə bu komitəni təmsil edən deputatlar, Almaniya Federativ Respublikası Hökuməti və bu ölkənin Milli Olimpiya Komitəsinin nümayəndələri, Bundestaq Aparatı və deputat bürolarının əməkdaşları, jurnalistlər iştirak ediblər.
Bundestaqın İdman Komitəsinin sədri, deputat Daqmar Frayta tədbirdə çıxış edərək “Bakı-2015” birinci Avropa Oyunlarının əhəmiyyətinə toxunub.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov ölkələrimiz arasındakı münasibətlərin hazırkı vəziyyəti, həyata keçirilən siyasi, iqtisadi, sosial və mədəni əməkdaşlıqdan danışıb.
Avropa Oyunlarının Təşkilat Komitəsinin üzvü, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Oyunlara hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını bildirib.
Tədbirdə Avropa Oyunları zamanı tətbiq olunacaq asanlaşdırılmış viza qaydaları, Oyunlarda iştirak etmək istəyən jurnalistlər üçün akkreditasiya şərtləri, müasir infrastruktur layihələri barədə məlumat verilib.
Çıxışlardan sonra məruzəçilər Bundestaqın İdman Komitəsi üzvlərinin Avropa Oyunlarına hazırlıqla bağlı suallarını cavablandırıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Almaniya_Bundestaqinda_birinci_Avropa_Oyunlarinin_teqdimati_kechirilib-849252

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR