Nəqliyyat sahəsindəki bahalaşma ərzağa da təsir göstərəcək

09:37 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Oqtay Haqverdiyev: "Nəzərə almaq lazımdır ki, ərzaq və digər mal-məhsullar hansısa nəqliyyat vasitəsilə daşınır"
Ötən ay nəqliyyat sektorunda yükdaşıma tarifləri 1 faiz, sərnişindaşıma tarifləri isə 2,6 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən "lent.az"a verilən məlumata görə, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 15,5 faiz, digər xarici ölkələr üzrə isə 8,2 faiz bahalaşma müşahidə olunub.

Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 8,7 faiz bahalaşıb.

Ay ərzində avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.

Xatırladaq ki, hələ keçən il ekspertlər ölkədə əksər sektorlarda qiymətlərin artacağını proqnozlaşdırırdılar. İlin sonuna yaxın və yeni ilin ilk günlərindən başlayaraq, bahalaşma dalğası özünü göstərməyə başladı. 2014-cü ilin yanvar ayı ilə müqayisədə bu ilin ilk on günündə qiymətlər hissolunan həddə artıb. Bahalaşmanın davam etməsi və digər sahələrə də təsiri nə dərəcədə gözləniləndir?

İqtisadçı-ekspert Oqtay Haqverdiyev deyir ki, nəqliyyatdaşıma tarifləri bahalaşarkən bu özünü digər sahələrdə də göstərir. Ekspertin sözlərinə görə, bu halda, digər sahələrdə də qiymətlərin artımı bir aksiomdur: “Nəzərə almaq lazımdır ki, ərzaq və digər mal-məhsullar hansısa nəqliyyat vasitəsilə daşınır. Belə olan halda, inflyasiyanın faizi də hesablanmalıdır”.

"Azadlıq" qəzeti


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/318742.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR