Kamal Doğulu "Best model of Azerbaijan"ı tənqid etdi - vide

Kamal Doğulu "Best model of Azerbaijan"ı tənqid etdi - vide
21:11 23 Aprel 2015
366 Şou
Ölkə mətbuatı
A- A+

TV8-in dəb proqramı "İşte benim stilim"də iştirak edən azərbaycanlı iştirakçı Sima Şərəffətdinova bugunkü buraxılışda yenə də diqqət mərkəzində olub.

Axşam.az-ın məlumatına görə, veriliş boyu digər yarışmaçılarla mübahisəli anlar yaşayan Sima münsiflər qarşısında da çətin anlar yaşayıb. Münsif Kamal Doğulu Azərbaycanda keçirilən "Best model of Azerbaijan"ı tənqid edib.
 
O, Simaya xitabən "Bura gözəllik yarışması olsaydı, sən ilk beşliyə girməzdin. Bir gözəllik yarışmasında birinci olmusan. Məncə, həmin müsabiqənin münisfləri çox zövqsüz imiş" deyib.

S. Şərəffətdinova isə "Bu sizin fikrinizdir Məncə isə burada birinciyəm" deyərək cavab verib.

Qeyd edək ki, 17 yaşlı S.Şərəfəttinova "Best Model of Azerbaijan"ın 2014-cü il birincisidir.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=29520

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR