Almaniya “erməni soyqırımı” debatlarında

Almaniya “erməni soyqırımı” debatlarında
21:12 23 Aprel 2015
103 Dünya
Ölkə mətbuatı
A- A+

Roma papası bu barədə danışıb, Avropa və Fransa parlamentləri bu barədə səsvermə keçirib. Hətta Kim Kardashian da bu barədə sözünü deyib.
İndi isə belə görünür ki, Almaniya hökuməti özünü, 100 il əvvəl Osmanlı türkləri tərəfindən ermənilərin kütləvi öldürülməsini “soyqırım” kimi tanımağa hazırlayır.
Milli.Az BBC-yə istinadən bildirir ki, cümə günü Almaniya parlamenti 1915-ci ilin qətliamı məsələsi barədə debatlar keçirəcək.
 
Lakin hadisəni pisləyən aydın bir bəyanatın əvəzində siyasətçilər yayğın, işgəncəli bir ağrı ilə söz-söz, cümlə-cümlə yazılmış, hamını razı salacaq dərəcədə qeyri-müəyyən olmalı bəyanatı müzakirə edəcəklər. Belə bir bəyanatın tərtibi üçün alman dilinin dolambac ifadə imkanlarından tam istifadə olunacaq.
 
Siyasətçilər belə bir suala da cavab axtaracaqlar ki, ermənilərin taleyinə dair debatlar 20-ci əsrin onsuz da qətliamlar, etnik təmizləmələr, sürgün və soyqırımlarla zəngin dəhşətli tarixini daha da dəhşətli etməyəcəkmi?
 
Bunun “soyqırım” olub-olmadığını aydınlaşdırmaq hüquqşünasların və dilçilərin işidir. Berlin üçün bu məsələdə təhlükə ondan ibarətdir ki, hər hansı bəyanat hər iki tərəfi narazı salacaq genişlikdə şərh oluna bilər.
 
Türkiyənin hiddətlənməsi üçün burada “o mənfur s hərfi ilə başlanan söz"ün olması kifayət edəcək. Ermənilər isə yayğın və aydın olmayan bəyanatı qorxaqlıq və rəğbətsizlik kimi qəbul edəcəklər.
 
Lakin bu, Almaniya üçün sadə bir məsələ deyildir. Ölkənin ən böyük mühacir əhalisi türk köklərinə bağlıdır. Almaniyadakı 3 milyon insandan hər birinin heç olmasa bir valideyni türkdür.
 
Odur ki, öz elektoratı bir yana qalsın, kansler Angela Merkel Ankara hökumətini qıcıqlandırmamağa çalışır.
 
Və Almaniyanın sağ təmayüllü siyasətçilərinin birdən-birə “soyqırım” probleminə müraciət etməsi kənardan çox asanlıqla anti-türk, antimühacir xürafatı kimi görünə bilər.
 
Eyni zamanda bugünün Almaniyası özünün keçmiş və dəhşətli nasist tarixini tam unuda bilməyib. İnsan haqlarının pozulmasının pislənməsi və tarxi günahın etirafı – tarix üçün məsuliyyətin çox ciddi qəbul olunması - müasir Almaniya siyasi mədəniyyətinin tərkib hissəsidir.
 
Məhz bu məsələ ermənilərin taleyinə Almaniyanın tarixi bağlılığı ilə daha da mürəkkəbləşir.
 
Üstəlik nəzərə alınsa ki, 100 il əvvəlki müharibədə Osmanlı imperiyası ilə müttəfiq olmuş Berlin bəziləri tərəfindən qətliamları görməməzliyə vurmaqda ittiham edilib, indi onun aydın bir qərar qəbul etməsi üçün necə güclü bir təzyiq altında olduğu görünər.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/336103.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR