Alimlər Ebola virusuna sürətlə təsir edən vaksin hazırlayıblar

20:18 23 Aprel 2015
45 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Texas Universitetinin elmi əməkdaşları Ebola qızdırmasına sürətlə təsir göstərən vaksin hazırlayıblar. Bu vaksin insanları öldürücü virusdan xilas etmək iqtidarındadır. “Nature” jurnalının yazdığına görə, yeni dərman qısa RNT molekulları əsasında yaradılıb və hətta meymunlar üzərində müvəffəqiyyətlə sınaqdan keçirilib.
“TKM-Ebola” adlandırılan yeni vaksinın səmərəliliyini aydınlaşdırmaq üçün alimlər iki qrup makaka meymununu Ebola virusuna yoluxdurublar. Yoluxdurandan bir neçə gün sonra meymunlarda xəstəliyin ilk əlamətləri üzə çıxanda mütəxəssislər yeni vaksini birinci qrupdakı meymunlara vurublar.
Nəticədə birinci qrupdakı meymunlar salamat qalıblar, ikinci qrupdakılar isə eksperimentin 8-9-cu günü ölüblər.
Mütəxəssislər Afrikada indiki Ebola epidemiyasına tamamilə qalib gələnə qədər dərmanın insanlar üzərində klinik sınaqdan keçəcəyinə şübhə ilə yanaşırlar. Amma hesab edirlər ki, yaratdıqları preparatın sürətlə uyğunlaşdırılmaq imkanları yeni epidemiyalara qarşı mübarizəyə kömək edəcək.
Ebola əleyhinə təsirli vaksinin hazırlanması son dərəcə aktualdır, çünki bəzi ekspertlər hesab edirlər ki, ölümcül virus mutasiya həddindədir. Bu da virusa hava ilə yayılmağa kömək edir.
Ebola virusu hava-damcı yolu ilə yayılmağa başlasa, bu qrip epidemiyasını xatırladacaq, lakin belə epidemiyanın nəticələri daha ağır olacaq.
Xatırladaq ki, Ebola qızdırması epidemiyası ötən ilin fevralında Afrikada başlayıb və tarixdə ən irimiqyaslı epidemiya olub. DST-nin məlumatına görə, Ebolaya yoluxanların sayı artıq 22 min nəfəri ötüb, 86668 nəfər ölümcül virusun qurbanı olub.
BMT Təhlükəsizlik Şurası virusa yoluxma nəticəsində çoxsaylı ölümlər fonunda Ebolanı dünyaya təhlükə olduğunu elan edib.
Hazırda Ebola epidemiyasının miqyası azalmaq üzrədir, lakin yenə də Qərbi Afrika əhalisi üçün təhlükə mənbəyidir. Daha əvvəl Ebola epidemiyasının bu ilin sonunadək aradan qaldırılacağını bəyan edən DST bu ölümcül virusa qarşı hələ də səmərəli vaksin axtarır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Alimler_Ebola_virusuna_suretle_tesir_eden_vaksin_hazirlayiblar-849261

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR