Play Store

"Apple"dan "iPhone 7" bombası

"Apple"dan "iPhone 7" bombası
20:21 23 Aprel 2015
529 Digər
Ölkə mətbuatı
A- A+

"Apple"ın yeni məhsulu "iPhone 7" 4 düymlük kiçik ekrana sahib olacaq.

ANS PRESS-in məlumatına görə, şirkət yeni model telefonlarında "iPhone 4" modelinin dizaynından istifadə edəcək.

"Apple" şirkətinin podratçısı olan "AU Optronics"dən bildirilib ki, artıq 4 düymlük telefonlarla bağlı sifariş qəbul ediblər. "Apple" şirkəti istifadəçilərinin tələblərini nəzərə alaraq mini modelləri istehsal edəcək.

Sızan məlumatlara görə, sifarişlər 4 düym, 4.7 düym və 5.5 düym ölçülərində ekranları ehtiva edir. Ancaq bir ehtimal da var. Ola bilər ki, bu sifariş "iPhone 6C" modeli üçün verilsin.

Qeyd edək ki, internetdə "iPhone 7" ilə bağlı bir-birindən fərqli fikirlər səsləndirilir. Yeni modelin daha funksional olacağı deyilir. İddia edilir ki, "iPhone 7" bir çox xüsusiyyətinə görə, öz nəslinin ən yaxşısı olacaq.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=339959

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR