İki piyadanı vurub qaçan sürücü tutuldu

İki piyadanı vurub qaçan sürücü tutuldu
21:26 23 Aprel 2015
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron rayonunun Masazır qəsəbəsində iki piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub.

Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 22-də saat 23 radələrində Bakı şəhər sakini Zamin Məmişov idarə etdiyi QAZ-31105 markalı 90 AX 168 dövlət qeydiyyat nişanlı avtomaşınla Masazır qəsəbəsində piyadalar - Təzəgül Abbasova və Təyyar Hüseynovu vuraraq hadisə yerindən qaçıb. Hər iki piyada bədən xəsarətləri ilə Bakı şəhəri 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Rayon Polis İdarəsi və prokuroluğun əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Z.Məmişov şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=339991

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR