Şəhriyar Məmmədyarov: "So bizə başağrısı olub" (FOTO)

Şəhriyar Məmmədyarov: "So bizə başağrısı olub" (FOTO)
21:28 23 Aprel 2015
77 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2015" turnirində VI turun görüşləri sona yaxınlaşır.

Trend-in məlumatına görə, hesabat turunda azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Uesli So ilə heç-heçə oynayıb.

Qara fiqurlarla mübarizə aparan Şəhriyar partiyadan sonra mətbuat konfransında suallara cavab verib: "Uesli Soya qarşı mübarizə aparmaq asan deyil. So çoxlarına tanış olmayan şahmatçıdır. Son bir il ərzində yüksək oyun göstərməklə reytinqini artırıb. Sonun oyunu hamıya bəlli deyil. Bu mənada onun oyunu turnirin kəşfidir. Lider olacağını gözləmirdik. Qısa zamanda özünü doğrultmaqla bizə başağrısı olub. Qara fiqurlarla heç-heçə oynamaq yaxşı nəticədir".

Əslən Fillipindən olan U.So nəticədən razı qaldığını deyib: "Vişvanatan Ananda qarşı partiyanı tez unutmaq istəyirəm. Xoşagəlməz anlarla yadda qaldı. Elə məğlubiyyətlər adama təsir edir. Bu gün Şəhriyara qarşı çətin oyun oldu. Yaxşı şahmatçıdır. Sona qədər risk etməyi sevir. Heç-heçədən razıyam. Çünki rəqib rahat oynamağa imkan vermədi. Son 3 turda qələbə qazanmağa çalışacağam. Turnirin qalibi olmağa şansım az da olsa var. Ona görə mübarizə aparmaq lazımdır".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2387399.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR