General Əlağa Şıxlinskinin 150 illik yubileyi qeyd olunub

21:28 23 Aprel 2015
32 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycanın görkəmli hərbi xadimi, tanınmış hərbçi alim, general-leytenant Əlağa Şıxlinskinin 150 illik yubileyi münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təsisçilərindən olan general-leytenant Əlağa Şıxlinskinin məzarını ziyarət ediblər.
Anım mərasimi Əlağa Şıxlinskinin vaxtilə yaşadığı evin qarşısında davam etdirilib.
Tədbirdə qeyd edilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin milli qoşun hissələrinin təşkilində, müstəqil ordu quruculuğunda müstəsna xidmətləri olan Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncam dövlətin tariximizə, eləcə də hərbi irsimizə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Tədbirdə general Əlağa Şıxlinskinin artilleriya sahəsində, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təsis olunmasında böyük xidmətlərindən ətraflı söhbət açılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/General_Alaga_Sixlinskinin_150_illik_yubileyi_qeyd_olunub-849266

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR