Play Store

Terrorçunun kameraya etdiyi ədəbsiz hərəkət (VİDEO, FOTO)

Terrorçunun kameraya etdiyi ədəbsiz hərəkət (VİDEO, FOTO)
20:31 23 Aprel 2015
40 Dünya
Ölkə mətbuatı
A- A+

Sosial şəbəkədə Boston terrorçusu Cohar Tsarnayev haqda video yayılıb.

ANS PRESS-in məlumatına görə, bu kadrlar Cohar Tsarnayevin taleyini həll edə bilər. Boston marafon partlayışını törədən şəxsin saxlandığı kamera görüntülərində Cohar Tsarnayevin kameraya ədəbsiz jest göstərdiyi görünür.

İttiham edən tərəf bunu onun etdiyi hərəkətə peşman olmadığına sübut kimi qəbul edib. Cohar Tsarnayevin kameraya etdiyi hərəkət onun haqda yaxın günlərdə veriləcək qərara böyük təsir edəcək.

Xatırladaq ki, 2013-cü il aprelin 15-də marafon zamanı törədilən ardıcıl iki partlayış nəticəsində 3 nəfər ölmüş, 264 nəfər yaralanmışdı. Daha sonra keçirilən əməliyyatlarda partlayışın çeçen əsilli Tamerlan Tsarnayev və Cohar Tsarnayev qardaşları tərəfindən törədildiyi aşkar olunmuşdu.





Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=339988

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR