“Baku Fires” boks komandası qrup mərhələsində sonuncu görüşünü “Argentina Condors”a qarşı keçirəcək

“Baku Fires” boks komandası qrup mərhələsində sonuncu görüşünü “Argentina Condors”a qarşı keçirəcək
20:33 23 Aprel 2015
111 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 25-də Quba Olimpiya İdman Kompleksində Dünya Boks Seriyası (WSB) liqasının 14-cü turu çərçivəsində “Baku Fires” komandası “Argentina Condors” klubu ilə qarşılaşacaq.
AZƏRTAC xəbər verir ki, bu, komandamızın qrup mərhələsində sonuncu görüşü olacaq. Artıq komandaların heyəti açıqlanıb. Belə ki, Murad Rabadanov (52 kq, “Baku Fires”) Rikardo İbarra (“Argentina Condors”), Nəsrəddin Məmmədov (60 kq) Brayan Nunyez, Pərviz Bağırov (69 kq) Luis Alberto Veron, Mixail Dauqalivets (81 kq) Xuan Rizo Patron, Hacı Murtuzəliyev (91 kq-dan yuxarı) Fakundo Qiqlion ilə qarşılaşacaqlar.
Albert Səlimov “Rio-2016” Olimpiya Oyunlarına lisenziyanı təmin etdiyindən məşqçilər təcrübəli boksçuya istirahət verməyi qərara alıblar. Onun əvəzinə gənc Nəsrəddin Məmmədov WSB-də debüt edəcək. Həmyerlimiz bu mövsüm 4 döyüşdə məğlub olan B.Nunyezlə üz-üzə gələcək.
Argentina klubu cari çempionatda cəmi 1 dəfə qalib gəldiyindən “Baku Fires” bu qarşılaşmanın aşkar favoriti sayılır. Bakı təmsilçisi 29 xalla qrupda ikinci pilləni özünə təmin edib. “Astana Arlans” kollektivi isə 39 xalla turnir cədvəlinin lideridir. Pley-off mərhələsinə vəsiqə qazanacaq “Baku Fires” A qrupunda 3-cü olan klubla qarşılaşacaq. Hazırda Ukrayna komandası 27 xalla 3-cü, Meksika təmsilçisi isə 25 xalla 4-cü pillədədir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baku_Fires_boks_komandasi_qrup_merhelesinde_sonuncu_gorusunu_Argentina_Condorsa_qarsi_kechirecek-849269

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR