Şok etiraf: səhvən öldürüldü

Şok etiraf: səhvən öldürüldü
21:36 23 Aprel 2015
30 Dünya
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar ayında ABŞ-ın Əfqanıstan-Pakistan sərhədində terrorla mübarizə çərçivəsində keçirdiyi əməliyyatda girovlar öldürülüb.

ANS PRESS-in məlumatına görə, Ağ Ev rəhbərliyi girovların səhvən öldürüldüyünü etiraf edib.

Ağ Evin sözçüsü Coş Ernestin yaydığı açıqlamada terror təşkilatı "Əl Qaidə"nin analoji olaraq 2011-2012-ci illərdə girov götürdüyü amerikalı Varren Veinstein və italyan Giovanni Lo Portonun səhvən öldürüldüyü yer alıb.

Açıqlamada deyilir ki, terror təşkilatının iki lideri Əhməd Faruqun və Mevrut Adam Gadahın orda olduğu barədə məlumat alan ABŞ ordusu əməliyyat keçirib: "Girovların orda olması barədə informasiya dəqiqləşdirilməmişdi".

Ağ Evin sözçusu Obamanın hadisəyə görə bütün məsuliyyəti üzərinə götürdüyünü və baş verən səhvin araşdırılacağını deyib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=340007

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR