Dənizdə batmış miqrantlar dəfn olundular

Dənizdə batmış miqrantlar dəfn olundular
21:42 23 Aprel 2015
87 Dünya
Ölkə mətbuatı
A- A+

Maltada dənizdə batmış miqrantların dəfn mərasimi keçirilir.
 
Maltada Aralıq dənizində qayığın qəzaya uğraması nəticəsində batan 24 miqrantın dəfn mərasimi keçirilir.
Milli.Az BBC-yə istinadən bildirir ki, bazar günü Aralıq dənizində miqrantlarla dolu qayığın aşması 800-dən çox adamın bataraq həlak oması ilə nəticələnmişdi.
Onlardan yalnız 28 nəfəri xilas etmək mümükün olmuşdu.
 
Daha 24 nəfərin isə sudan cəsədi qaldırılmışdı.
 
İtaliya polisi miqrantların daşıdığı qayığın səhv nəticəsində xilasedici gəmi ilə toqquşması nəticəsində batdığını bildirib.
Bu il belə insidentlərdə ölənlərin sayı bu ilin əvvəlindən 1,750 nəfərə çatıb.
 
Aİ liderləri Aralıq dənizilə həyatlarını risk altına qoyaraq Avropaya çatmağa can atan miqrantların sayının azaldılması yollarını müzakirə etmək üçün fövqəladə sammit keçirməlidirlər.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/336192.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR