​Qırğızıstanın baş naziri istefa verib

​Qırğızıstanın baş naziri istefa verib
20:47 23 Aprel 2015
38 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 aprel. REPORT.AZ/ Qırğızıstanın baş naziri Coomərd Otorbayev aprelin 23-də parlamentin iclasında istefa verdiyini bildirib.
"Report" xəbər verir ki, o öz istəyi ilə vəzifəsindən getdiyini söyləyib.
"Mən sizi əmin edirəm ki, demokratik ölkədə hakimiyyət inhisarı olmamalıdır. Ölkəyə daima yeni baxışlar, ambisiya və hədəflər lazımdır. İcra hakimiyyətini silkələmək lazımdır. Ona görə mən bu gün baş nazir postunu tərk edirəm", - deyə Otorbayev bildirib.
Qırğızıstan Konstitusiyasına görə, baş nazinin istefası bütün hökumətin istefası və hakim koalisiyanın dağılması anlamına gələ bilər.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/qirgizistanin-bas-naziri-istefa-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR