ABŞ Əfqanıstanda keçirilən əməliyyat zamanı girovların həlak olduğunu təsdiqləyib

ABŞ Əfqanıstanda keçirilən əməliyyat zamanı girovların həlak olduğunu təsdiqləyib
21:53 23 Aprel 2015
33 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
ABŞ-ın 2015-ci ilin yanvar ayında Pakistan-Əfqanıstan sərhədində “Əl-Qaidə” qruplaşmasına qarşı keçirdiyi əməliyyat iki girovun həlak olması ilə nəticələnib. Bu barədə Ağ evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bəyanatda həlak olanlardan birinin ABŞ vətəndaşı Uorren Uaynstayn, digərinin isə İtaliya vətəndaşı Covanni Lo Porto olduğu qeyd edilir. Həmçinin ehtimallara görə, əməliyyat zamanı “Əl Qaidə”nin iki yüksək vəzifəli üzvünün – qruplaşmaya qoşulan ABŞ vətəndaşları Əhməd Fərrux və Ədəm Qədanın da öldürüldüyü bildirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_Afqanistanda_kechirilen_emeliyyat_zamani_girovlarin_helak_oldugunu_tesdiqleyib-849273

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR