Azərbaycanda tütün məmulatlarının qiyməti artırılır

09:47 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 09:43 ]

Bakı. APA-Economics. Azərbaycanda tütün məmulatlarının qiymətinin artacağı gözlənilir.

Bunu “APA-Economics”ə tütün məmulatlarının pərakəndə satışı ilə məşğul olan satıcılar bildirib.

 

Onların sözlərinə görə, tütün məmulatlarının qiymətlərinin yaxın 2-3 gün ərzində artacağı gözlənilir: “Siqaretin bahalaşması ölkədə yanacağın qiymətinin artması ilə bağlıdır. Benzin və yanacağın qiymətinin artması daşınma xərclərini də artırır. Məhz bu səbəbdən demək olar ki, bütün siqaretlərin qiyməti 30-40 qəpik artacaq”.

 

Qeyd edək ki, yanvarın 12-si Azərbaycan Tarif Şurasının növbəti iclası keçirilib. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2014-cü il 30 dekabr tarixli qanununa uyğun olaraq, neft məhsullarının tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb. Tarif Şurası bildirib ki, yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib.

 

Qərar bu il yanvarın 13-dən qüvvəyə minir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368847

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR