Məmmədov Anandla, Məmmədyarov So ilə sülh bağladı

Məmmədov Anandla, Məmmədyarov So ilə sülh bağladı
21:57 23 Aprel 2015
29 İdman
Ölkə mətbuatı
A- A+

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq turniri davam edir. Fanat.az xəbər verir ki, bu gün VI turun oyunları keçirilib.

Ötən tur Vladimir Kramniki məğlub edən Şəhriyar Məmmədyarov bu dəfə amerikalı Uesli Sonu sınağa çəkib və "sülh" bağlayıb. Rauf Məmmədov da güclü rəqibə qarşı mübarizə aparıb. Qrossmeysterimiz hindistanlı sabiq dünya çempionu Vişvanatan Anandla görüşüb və "sülh"ə razılaşıb. 

Günün yeganə qələbəsini Fabiano Karuana Vladimir Kramnik üzərində qazanıb.

Shamkir Chess 2015
VI tur
23 aprel

Rauf Məmmədov (Azərbaycan, 2658) – Vişvanatan Anand (Hindistan,2791) - 0,5:0,5
Maykl Adams (İngiltərə, 2746) - Maksim Vaşye-Laqrav (Fransa, 2716) - 0,5:0,5 
Aniş Giri (Hollandiya, 2790) - Maqnus Karlsen (Norveç, 2863) - 0,5:0,5
Vladimir Kramnik (Rusiya, 2783) - Fabiano Karuana (İtaliya, 2802) - 0:1
Uesli So (ABŞ, 2788) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2756) - 0,5:0,5
 
Turnir cədvəli: Karlsen - 4,5 xal; So - 4; Anand - 3,5; Məmmədyarov, Karuana - 3; Kramnik, Qiri, Məmmədov, Vaşye-Laqrav - 2,5;  Adams - 2. 

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mmmdov-anandla-mmmdyarov-so-il-sulh-balad-t40218.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR