“Shamkir Chess 2015” beynəlxalq turnirdə növbəti turun görüşləri keçirilib

“Shamkir Chess 2015” beynəlxalq turnirdə növbəti turun görüşləri keçirilib
22:02 23 Aprel 2015
31 İdman
Ölkə mətbuatı
A- A+

[ 23 Aprel 2015 21:49 ]


Bakı-APA. Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq turnirində növbəti turun görüşləri keçirilir. Apasport.az saytının məlumatına görə, dördüncü oyun günündə Azərbaycan qrossmeysterləri liderlərlə üz-üzə gəliblər.

 

Belə ki, hesabat turunda rusiyalı Vladimir Kramniki məğlub edən Şəhriyar Məmmədyarov bu dəfə amerikalı Uesli Sonu sınağa çəkib. Rauf Məmmədov da güclü rəqibə qarşı mübarizə aparıb. Qrossmeysterimiz hindistanlı sabiq dünya çempionu Vişvanatan Anandla görüşüb. Hər iki şahmatçımız rəqibi ilə heç-heçə edərək aktivinə növbəti yarım xalı yazdırıb və liderlərə yaxınlaşmaq şansını əldən verib.

 

23 aprel

VI tur

 

Rauf Məmmədov (Azərbaycan, 2658) – Vişvanatan Anand (Hindistan,2791) - 0,5:0,5

Maykl Adams (İngiltərə, 2746) - Maksim Vaşye-Laqrav (Fransa, 2716) - 0,5:0,5

Aniş Giri (Hollandiya, 2790) - Maqnus Karlsen (Norveç, 2863) - 0,5:0,5

Vladimir Kramnik (Rusiya, 2783) - Fabiano Karuana (İtaliya, 2802) - 0:1

Uesli So (ABŞ, 2788) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2756) - 0,5:0,5

 

Turnir cədvəli: Karlsen – 4,5 xal; So – 4; Anand – 3,5; Məmmədyarov, Karuana - 3; Kramnik, Qiri, Məmmədov, Vaşye-Laqrav - 2,5;  Adams – 2.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/380957

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR