Çay paketlərində pivə

Çay paketlərində pivə
22:03 23 Aprel 2015
47 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC 
“Newsland” xəbər verir ki, Amerika sahibkarı Bobbi Qattuzo çay paketlərinə bənzər qablaşdırmada pivə buraxmağa imkan verən məhsul işləyib hazırlayıb.
Paket-saşeyə müxtəlif qatışıq, o cümlədən mayaotu, hil tumları və hətta portağal qabığı doldurulur. Bir paket dörd badəyədək pivə düzəltməyə imkan verir. Buna görə birinci badədən sonra yeni paket-saşeydən istifadə etməyə ehtiyac yoxdur.
Qeyd edilir ki, hər bir paketdə bir porsiya üçün təqribən 5 kalori var.
Bobbi Qattuzo öz layihəsini “Kickstarter” saytında yerləşdirib və onu həyata keçirmək üçün 42 günə 25 min dollar toplamağı planlaşdırır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHay_paketlerinde_pive-849277

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR