Elnurun Afina sərgüzəşti - FOTO

Elnurun Afina sərgüzəşti - FOTO
21:05 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Elnurun promotur çərçivəsində səfər etdiyi növbəti ölkə Yunanıstan olub. 
 
Milli.Az “Qafqazinfo”-ya istinadən bildirir ki, o, “MAD TV” və “MAD TV Albania” üçün müsahibə verib, sonra “Antenna TV” telekanalının səhər şousunun efirinə çıxıb. Burada “Hour of the Wolf” müsabiqə mahnısını təqdim edən Elnur studiyada sualları da cavablayıb.
 
Müğənni hətta yerli Afina zoomağazasına da baş çəkib və öz pişiyi üçün hədiyyələr alıb.
 
Daha sonra Elnur “Hello! Magazine”, “Virus” jurnalları və “Oikotimes.com” portalı üçün müsahibələr verib. Elnurun növbəti dayanacağı Moskvadır.
 
Xatırladaq ki, Elnur Hüseynov mayın 21-də “Eurovision-2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında 11 nömrə altında “Hour of the Wolf” mahnısını təqdim edərək Azərbaycanı təmsil edəcək.
 
Milli.Az


 
 











Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/336200.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR