Ağsuda “VAZ”la “Toyota” toqquşub

Ağsu rayonunda yol qəzası baş verib.

FHN-dən Metbuat.az-a verilən məlumata əsasən, rayonun Daşdəmirbəyli kəndində “VAZ” və “Toyota” markalı iki minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü və sərnişin, 1960-cı il təvəllüdlü Məmmədov Əlifağa Qardaşalı oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR