Hindistanda Əl Cəzirə yasaqlandı

Hindistanda Əl Cəzirə yasaqlandı
22:12 23 Aprel 2015
32 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistan Kəşmirin "səhv xəritəsini" nümayiş etdirdiyini iddia edərək al-Jazeera kanalının yayımını beş günlük dayandırıb.

Milli.Az BBC-yə istinadən bildirir ki, çərşənbə günü xəbər kanalının bazar ertəsinə qədər göstərilməyəcəyini bildirən xəbərdarlıq nümayiş etdirib.
Hindistanın bildirdiyinə görə, kanalın istifadə etdiyi xəritələr yanlışdır. Xəritədə Kəşmir bölgəsinin Pakistan, Hindistan və Çin arasında bölündüyü göstərilir.
Həm Hindistan, həm də Pakistan Kəşmirin onlara aid olduğunu iddia edirlə, hərçənd ki, mübahisəli bölgə 1948-ci ildən bəri iki yerə bölünüb.
 
Bölgənin statusu ilə bağlı razılığın olmaması müxtəlif vaxtlarda Hindistanla Pakistan arasında müharibəyə səbəb olub və Kəşmirin Hindistanın nəzarət etdiyi hissəsində üsyanlara səbəb olub.
 
Hindistan tərəfindən hazırlanmış xəritələrdə hələ də bölgənin tamamilə Hindistana aid olduğu göstərilir. Digər xəritələrdə isə Hindistanla Pakistanın nəzarət etdiyi ərazilər arasındakı de-fakto sərhəd göstərilir.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/336198.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR